Prezident İlham Əliyev: “Azərbaycanda bir nəfər toxunulmaz adam yoxdur”
10:28 26.01.2016
Arxiv
422
"Əgər yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə, onlar cəzalandırılacaqlar"
"Bu il bütün sosial proqramlar icra olunacaq”. APA-nın məlumatına görə, bunu bu gün "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycanda bazar iqtisadiyyatı uğurla inkişaf edir, ancaq islahatlar aparılan zaman sosial məsələlər yaddan çıxmamalıdır: "Biz Azərbaycan xalqı üçün çalışırıq və iqtisadi inkişaf da bu məqsədə xidmət etməlidir. Azərbaycanda güclü sosial siyasət aparılır və aparılacaq”.
Prezident İlham Əliyev deyib ki, bu il regionlarda nəzərdə tutulan infrastruktur layihələr davam etdirilməlidir: "Xüsusən kənd yollarının çəkilişi diqqət mərkəzində olmalıdır”.
Prezident İlham Əliyev içməli su təminatı ilə bağlı görülən işlərdə də daxili istehsal materiallarından istifadə edildiyini vurğulayıb: "Biz bu işləri görməsəydik, idxaldan daha da asılı olacaqdıq. Biz 2016-cı ildə infrastruktur və biznes layihələrini icra etməklə ölkəmizə daha böyük dinamizm verə bilərik. "Biz sement istehsalı sahəsində özümüzü 92 faiz təmin edirik, qatqı və qablaşdırma ilə bağlı istehsalda 10 faiz asılılıq var. O asılılığı da aradan qaldırmalı və sementi ixrac etməliyik. Polietilen borulara tələbin 60 faizini özümüz təmin edirik. Əhənglə özümüzü tam təmin etmirik, 50 faiz təmin edirik. Yerli istehsalda 13 faiz xaricdən asılılıq var. Yerli istehsalla bağlı xarici faktorlardan asılılıqda qablaşdırma var, deməli, qablaşdırma müəssisələri tikilməlidir. Elektrotexniki avadanlıqlarla 62 faiz, kərpic istehsalında 99 faiz özümüzü təmin edirik. Beton konstruksiyalarla özümüzü tam təmin edirik. İlk növbədə özümüzü təmin etməli, ixracı artırmalıyıq. Belə olan halda istehsal qiymətlərində neftin qiymətinin düşüb-qalxmasının heç bir təsiri olmayacaq”.
Azərbaycan prezidenti deyib ki, korrupsiya bütün ölkələr üçün böyük bəladır: "Korrupsiyaya qarşı cəza tədbirləri tətbiq olunur və olunacaq. "ASAN xidmət” mərkəzləri 7 milyondan çox insana xidmət göstərib, burada rüşvət yoxdur. Əgər yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə, onlar cəzalandırılacaqlar. Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur”.
Prezident İlham Əliyev bildirib ki, yerlərdə icra orqanları bu il əsasən iş yerlərinin yaradılması ilə məşğul olmalıdır: "Hər bir məmur, o cümlədən prezident xalqın xidmətçisidir. Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. İnsanlara diqqət və qayğı göstərməli, problemlərini həll etməlidirlər. Məmurların fəaliyyətinə qiymətdə bu, əsas rol oynayacaq”.
Azərbaycan prezidenti deyib ki, Naxçıvanda avtomobil zavodu var: "Dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm”.
Prezident İlham Əliyev sahibkarlara qarşı süni maneələrin yaradılmasını yolverilməz hesab edir: "Sahibkarlar şəffaf fəaliyyət göstərməlidirlər. Biz elə işləməliyik ki, sanki neft-qaz resursları yoxdur. Biz indi post-neft dövründə yaşayırıq. Ona görə də qeyri-neft sektorunun inkişafı, ixracdan asılılığın azaldılması dayanıqlı inkişafımızı təmin edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi