
Prezident İlham Əliyev: "Mən həmişə Azərbaycan xalqının dəstəyinə arxalanmışam"
21:29 12.04.2018
Arxiv
1100

Bu gün Heydər Əliyev Mərkəzinin qarşısında aprelin 11-də keçirilmiş prezident seçkilərində qazanılmış qələbə münasibətilə konsert proqramı keçirilib. APA-nın məlumatına görə, tədbirdə seçkilərdə qələbə qazanmış İlham Əliyev və onun ailə üzvləri də iştirak edib. Tədbirdə İlham Əliyev çıxış edib.
O, tədbir iştirakçılarını salamlayaraq, seçkidə dəstək göstərən seçicilərə təşəkkürünü bildirib: "Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm, bu dəstəyə arxalanmışam. Fəaliyyətimdə Azərbaycan xalqının dəstəyi əsas rol oynayır. Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim. Azərbaycan xalqı dünən seçimini etdi, bir daha bizim siyasətimizə səs verdi. Sabitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasətimizə səs verdi. Sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu gün ən yüksək zirvələrə çatıb. Bizim beynəlxalq nüfuzumuz gündən-günə artır, Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq ölkədir, daxili vəziyyətimiz sabitdir".
İlham Əliyev bildirib ki, Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır, bütün azadlıqlar təmin olunur. Dövlət başçısı qeyd edib ki, keçirilmiş prezident seçkiləri bir daha onu göstərdi ki, Azərbaycanda bütün azadlıqlar təmin olunur, ölkə demokratiya yolu ilə uğurla gedir. Prezident qeyd edib ki, açıq, şəffaf, ədalətli şəkildə keçirilmiş seçkilər Azərbaycan xalqının iradəsini əks etdirir: "Seçkilərdə göstərilən dəstək məni daha da ruhlandırır, daha böyük güc verir. Seçkilərdə xalqımız görülən real işlərə eyni zamanda görüləcək işlərimizə, xoşbəxt gələcəyimizə səs verib. Əminım ki, ölkəmiz bundan sonra da uğurla inkişaf edəcək. Azərbaycan bundan sonra da sabitlik, təhlükəsizlik şəraitində yaşayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya