"Prezident Mehmanla bağlı humanist addım atdı və bunu təqdir etmək lazımdır”
14:05 22.01.2019
Arxiv
326
"Anti-Azərbaycan qüvvələr Mehman hadisəsi ətrafında ajiotaj yaradaraq ölkəmizə qarşı istifadə etməyə cəhd edirdilər. Bu baxımdan Prezident çox humanist addım atdı və bunu təqdir etmək lazımdır”.
Bunu "Sherg.az”a açıqlamasında "Səs” Media Holdinqin rəhbəri Bəhruz Quliyev deyib.
Baş redaktorun sözlərinə görə, dövlət başçısının addımı ilə prosesi əlində bayraq edərək ajiotaj yaratmaq istəyənlər, Azərbaycan əleyhinə kampaniya aparmaq istəyən qüvvələrin cəhdləri boşa çıxdı:
"Onlar Mehmanı siyasi oyun predmetinə çevirmək istəyirdilər. Lakin hamısının məkirli planları boşa çıxdı və bir daha vurğulandı ki, Azərbaycanda baş verən bütün hadisələri, mövcud problemləri ancaq və ancaq özümüz həll edirik. Fransada, Yunanıstanda və Avropanın digər ölkələrində insanların haqqları kütləvi şəkildə pozulur.
Ancaq onlara səs çıxarmayan Avropa Parlamenti Azərbaycanda bir məhkumun taleyinə "biganə” qalmır. Hələ əlüstü bir qətnamə də çıxardır. Sözsüz ki, heç bir qurumun Azərbaycanın daxili işinə qarışmağa haqqı yoxdur. Azərbaycan Prezidenti bütün dövrlərdə humanist prinsiplərə əsaslanaraq addımlar atıb”.
B.Quliyevin sözlərinə görə, indiki qərar da təkcə Mehman Hüseynovla bağlı deyil. Ümumiyyətlə, cənab Prezidentin apardığı siyasətin mərkəzində vətəndaş amili dayanır.
Ona görə də siyasi mövqeyindən asılı olmayaraq, sadə vətəndaş kimi M.Hüseynovun müraciətinə baxıldı. Cənab Prezidentin müdaxiləsi məsələnin daha obyektiv araşdırılmasına səbəb oldu.
Dövlət başçısı hər zaman qeyd edib ki, siyasi mənsubiyyətindən asılı olmayaraq, o hər bir Azərbaycan vətəndaşının prezidentidir. Bu addımın kökündə də məhz bu addım dayanır. Yoxsa kiminsə hansısa formada qətnamə qəbul etməsi, bununla bizim daxili işlərimizə qarışması, müdaxiləsi mümkün deyil”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual
Ötən gecə Bakıya dolu düşüb, leysan olub - FAKTİKİ HAVA
10:41 01.09.2026
Ekologiya