Prezident xalqdan dua istədi

İqdisadi böhran ən çox bu ölkəni vurdu, gündə 14 saat işıq verilir
Dünyanın ən dəyərsiz pul vahidinə sahib Zambiyada dövlət başçısı Edqar Lunqu, bazar günü reallaşacaq milli sədaqət və oruc tutma günündə xalqdan "kvacha”nın və iqtisadiyyatın yaxşılaşması üçün dua etmələrini istədi.
Kvacha, 2015-ci ilin başından bu yana dollar qarşısında 45 faiz dəyərini itirdi. Bir ABŞ dolları 11.715 kvacha dəyərindədir. "Bloomberg News”in xəbərinə görə, ölkənin ən böyük kilsəsi "Bread of Life International”ın baş rahibi Joe Imakando kvachanın dəyərinin düşməsiylə qiymətlərin 100 faiz artdığını ifadə etdi və "Hökumətin vəziyyəti tərsinə çevirmək üçün göstərdiyi səylər səmərə vermədi. Yaxınlaşan benzin artımları da qiymətləri bahalaşdıracaq. Ehtiyacımız olan ilahi müdaxilədir” deyə danışdı. Afrikanın ən böyük ikinci metal istehsalçısı Zambiyada son bir ildə mis qiymətləri, mədən şirkətlərinin bir çoxunun bağlanıb, minlərlə işçinin işdən çıxarmasıyla yüzdə 20 nisbətində düşdü. Yağmurların azalmasıyla hidroelektrik stansiyalarda su səviyyəsinin düşməsi nəticəsində ölkədə 14 saata çatan elektrik kəsilmələri yaşanmağa başladı. 15 milyonluq əhalisinin yüzdə 80 faizindən çoxu xristian olan ölkədə, 2016-cı ilin büdcə kəsiri dəhşətli rəqəmə yaxınlaşıb.