Prezidentin köməkçisindən XƏBƏRDARLIQ: "...ölçü götürüləcək”
20:05 18.11.2015
Arxiv
395
"KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən sui-istifadə hallarına yol verməməlidirlər"
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov kütləvi informasiya vasitələrinin son zamanlardakı fəaliyyəti ilə bağlı açıqlama verib.
AzərTAc xəbər verir ki, Ə.Həsənov bəzi KİV-lərin yalan məlumat yaydığını deyib: "Azərbaycan Respublikasında söz və məlumat azadlığı, hər kəsin, o cümlədən kütləvi informasiya vasitələrinin, jurnalistlərin sərbəst şəkildə informasiya əldə etmək, hazırlamaq və yaymaq hüququ tam təmin edilib. KİV-lər Azərbaycanın daxili və xarici siyasəti, cəmiyyət həyatının müxtəlif sahələri, habelə dünyada baş verən mühüm hadisələr haqqında çoxsaylı məlumatlar, müxtəlif şərh və təhlillər hazırlayır və ictimai rəyə təqdim edirlər. Söz və məlumat azadlığı Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun mühüm tərkib hissəsidir və qarşıdan gələn dövrdə də Azərbaycan dövləti KİV-lərin müstəqilliyinin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcək. Bununla yanaşı, təəssüflə qeyd etmək lazım gəlir ki, KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən son zamanlar sui-istifadə halları artıb. Xüsusilə internet media orqanlarında müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında həqiqətə uyğun olmayan, əsassız, qərəzli, hətta şantaj xarakterli çoxsaylı məlumatlar yayılır. Vəzifəli şəxslərin guya işdən "kənarlaşdırılması”, rəhbərlik etdikləri qurumlarda "yoxlamalar”, evlərində "axtarışlar” aparılması, məmurların "həbsi”, vəzifələrindən uzaqlaşdırılmış bəzi dövlət qurumlarının rəhbərləri ilə "əməkdaşlığı” və s. bu tipli qərəzli məlumatlar məqsədli şəkildə dövriyyəyə buraxılır".
Prezidentin köməkçisi deyib ki, belə məlumatlar yayan KİV-lər bununla öz tirajlarını artırmağa və mənfəət əldə etməyə çalışırlar: "Diqqətə çatdırıram ki, bu tipli fəaliyyət qanuna ziddir və birbaşa hüquqi məsuliyyət doğurur”.
Ə.Həsənov əlavə edib ki, bəzi hallarda aparıcı KİV-lər də belə dezinformasiyaları tirajlayaraq öz oxucularını çaşdırırlar: "Sosial şəbəkələrdə və məqsədli şəkildə fəaliyyət göstərən internet saytlarında yerləşdirilmiş yalan məlumatlar yoxlanılmadan, həqiqiliyi araşdırılmadan həmin ciddi media orqanlarının səhifələrinə yerləşdirilir.
Nəzərə almaq lazımdır ki, mövcud hal dövlət orqanlarının nüfuzuna xələl gətirir, onların iş rejiminin pozulmasına, cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olur və ümumilikdə, Azərbaycan dövlətinin imicinə mənfi təsir göstərir.
Hesab edirik ki, Azərbaycan KİV-ləri, jurnalistlər daim məsuliyyətli olmalı, mövcud qanunvericiliyin tələblərinə əməl etməli, KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən sui-istifadə hallarına yol verməməlidirlər. Jurnalist birlikləri, xüsusilə Mətbuat Şurası hazırda müşahidə olunan mənfi meyllərin aradan qaldırılması istiqamətində əməli tədbirlər görməlidirlər. Əks-təqdirdə qanuna zidd fəaliyyət göstərən, yalan məlumatlar yayan, cəmiyyətdə çaşqınlıq yaradan KİV-lər və jurnalistlər haqqında müvafiq hüquqi ölçü götürüləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Forbes" dünyada ən varlı üç adamın adını açıqladı
18:30 10.03.2026
Dünya
Kamilo Duran Kolumbiya millisinə çağırılıb
18:23 10.03.2026
Futbol
Gəncə şəhərinin Baş planı təsdiqlənib
17:47 10.03.2026
İnfrastruktur
Trampın bir gülümsəməsi diplomatik qızıl medal kimidir - ŞƏRH
17:37 10.03.2026
Gündəm
Lavrov və Əraqçi Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
17:14 10.03.2026
Gündəm
Heqset: ABŞ İran tam məğlub edilənə qədər geri çəkilməyəcək
17:07 10.03.2026
Dünya
Əli Laricani Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
16:54 10.03.2026
Gündəm
İranın hərbi məğlubiyyəti artıq qaçılmazdır - Tofiq Zülfüqarov
16:44 10.03.2026
Region
Prezident cərimələrin icrası ilə bağlı qanunu təsdiqlədi
16:14 10.03.2026
Gündəm
Tramp Müctəba Xameneinin “sakit” yaşaya biləcəyinə inanmır
15:54 10.03.2026
Dünya
Tramp: İranla danışıqlar aparmağımız mümkündür
15:31 10.03.2026
Dünya
“Azərbaycan hava məkanı qlobal uçuşların ‘qapısı’ oldu - EKSPERT
15:29 10.03.2026
Aktual
Tramp: İranla danışa bilərik
15:29 10.03.2026
Dünya
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
15:08 10.03.2026
Dünya