“Prezidentin qələbə bayrağının Azadlıq meydanına gətiriləcəyinə dair fikri realdır”





"100 illiklə bağlı baş tutan möhtəşəm parad Azərbaycan Silahlı Qüvvələrinin növbəti uğurunun nümayişi oldu”.

Bunu "Sherg.az” Millət vəkili Aydin Mirzəzadə ölkə başçısı İlham Əliyevin Azərbaycan ordusunun 100 İllik yubileyi münasibətilə bu gün baş tutan möhtəşəm hərbi paradda çıxışı zamanı toxunduğu çoxvektorlu məsələlərə münasibət bildirərkən söyləyib. 

O diqqətə çatdırıb ki, Azərbaycan öz iqtisaiyyatını gücləndirərək dünyanın ən güclü ordularından birini yarada bilib:

"Ölkəmiz ən müasir silahlarla silahlanıb. Hərbçilərimizin peşəkarlığı kifayət qədər yüksək səviyyədədir. Ordumuzun döyüş əzmkarlığı olduqca güclüdür. Azərbaycan Silahlı Qüvvələri aprel hadisələrində üstünlük qazanmaqla və bir ay bundan əvvəl Günnüt kəndini işğaldan azad etməklə öz gücünü göstərdi. Azərbaycan ordusu işğalda olan torpaqlarımızı azad etməyə, ərazi bütövlüyümüzü təmin etməyə qadirdir. Ordumuzun peşəkarlığı ilk növbədə xalqla ordunun birliyindən, Azərbaycan əsgərinin yüksək vətənpərvərlik hissindən irəli gəlir. Bir tərəfdən müasir silahlar alırıq, həmçinin o silahların bir qismini özümüz istehsal edirik. Dünya bazarlarında artıq fəal silah satıcısı olan ölkələrdən biriyik.

Azərbaycanın kifayət qədər insan potensialı da var. Bütün bunlar sərhədlərimizi qorumağa, ordumuzu peşəkar səviyyədə saxlamağa imkan verir. İndiki məqamda Ermənistan ciddi böhran içərisindədir. Verdikləri gurutulu bəyanatlara baxmayaraq, Azərbaycan ordusununun səviyyəsinə heç bir halda çata bilməzlər. Azərbaycan Silhalı Qüvvələrinin qarşısında ancaq bir məqsəd var - torpaqlarımızı işğaldan azad etmək. Prezident İlham Əliyevin qələbə bayrağının Azadlıq meydanına gətiriləcəyinə dair fikri realdır. Bu, gec-tez baş verəcək”.

Qeyd edək ki, bu gün Azərbaycan ordusunun 100 İllik yubileyi münasibətilə, Bakının Azadlıq Meydanında möhtəşəm hərbi parad keçirilib. Paradda çıxış edən Ali baş Komandan İlham Əliyev ordumuzun qüdrəti və bu istiqamətdə qarşıda duran bir sıra məsələlərə toxunub. Prezident qeyd edib ki, Gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayrağı "Azadlıq" meydanına gətiriləcək və hərbi paradda nümayiş etdirləcək: " Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordunun müasir maddi-texniki təchizat baxımından Azərbaycan dünyanın ən nadir ölkələrindən biridir.Azərbaycan Ordusunun döyüş qabiliyyəti yüksək səviyyədədir. Azərbaycanda 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir. Aprel döyüşləri Ermənistanın öz ordusu ilə bağlı yaydığı mifi darmadağın etdi. Biz elə bir güclü ordu yaratmışıq ki, düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir.Bu parad Azərbaycan Ordusunun gücünü düşmənə və bütün dünyaya nümayiş etdirəcəkdir. Azərbaycan xalqı əmin ola bilər ki, ordumuz istənilən vəzifəni icra etməyə hazırdır. Ermənistan Azərbaycanla rəqabət apara bilmir və heç vaxt buna nail ola bilməyəcək”

Aysel Aslan,
Ayyət Əhməd