PROFESSOR CAMAL MUSTAFAYEV ETİRAZ ETDİ



Əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Camal Mustafayev redaksiyamıza məktub ünvanlayıb. Alimimiz məktubu olduğu kimi dərc etməyimizi xahiş edib. Camal müəllimin fikirlərini diqqətinizə çatdırırıq.     
                                                          
 Bu il yanvarın 15-də www.butov.az, cəbhə.info, www.sherg.az saytlarında  haqqımda verilən məlumat (şəkillə birlikdə) mənim heysiyyətimə toxundu. Mən heç bir mətbuata, heç bir qəzetə özümün vəziyyətim haqqında müraciət etməmişəm. Bunu özümə rəva bilməmişəm. Mənə hörmət edən redaktorların hamısından xahiş edirəm, belə meyllərə son qoysunlar.
Ziyarətimə gələn, vəziyyətimlə maraqlanan hər bir kəsə dərin minnətdarlığımı bildirirəm.
Ancaq adları keçən saytlarda çıxan şəkil vasitəsi ilə təqdim olunmağıma heç bir ehtiyac yoxdur. Millətini, dövlətətini sevən bir ziyalı olaraq hamınıza öz ağsaqqal xeyir - duamı verirəm, can sağlığı arzulayıram.

Camal Mustafayev,
əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor