“Pulumu yedi...”

Qadın avtobus sürücüsü onu döyən keçmiş sevgilisini bıçaqladı




Adanada bələdiyyə sürücüsü Sevil Çopur, idarə etdiyi avtobusla dayanacaqda saxladığı zaman bir müddət əvvəl ayrıldığı sevgilisi Erkan Kış avtobusa mindi. Sərnişinlərin baxışları arasında ikili mübahisəyə başladı. Mübahisənin böyüməsindən sonra Sevil Çopuru avtobusdan endirən Kış, vurmağa başladı. Keçmiş sevgilisinin əlindən xilas olub avtobusa minən Sevil Çopur, sürücü kreslosunun yanında saxladığı bıçağı götürüb enərək Erkan Kışı qolundan yaraladı. Erkan Kış yaralı halda qaçarkən, aldığı zərbələr üzündən Sevil Çopur da huşunu itirdi.

Sərnişinlərin çağırışı ilə sağlamlıq qruplarının müdaxilə etdiyi gənc qadın, xəstəxanaya aparıldı. Xəstəxanaya gedən Erkan Kış, müalicə edildikdən sonra ifadə üçün Polisə aparıldı. Dövlət Dəmiryollarında keçid vəzifəlisi olaraq çalışan 1 uşaq atası Erkan Kış ifadəsində, həyat yoldaşından boşandıqdan sonra Sevil Çopur ilə birlikdə yaşamağa başladıqlarını söyləyərək, "Pulmu yedi, istədim vermədi. Buna görə aramızda anlaşılmazlıq vardı” dedi. Bir-birlərindən şikayətçi olan cütlük, sorğularının ardından ədliyyəyə sövq ediləcək.