"Putin demək istəyir ki, Serj Sarkisyanın hakimiyyətdən getməsinə baxmayaraq, Kreml İrəvanla ittifaqa sadiq qalacaq”.
Bunu "Sherg.az”a Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüş haqqında danışarkən siyasi şərhçi, "Tolerantlıq” Sosial Araşdırmalar Birliyinin sədri Azər Rəşidoğlu söyləyib.
O bildirib ki, Putin bəzi suallara cavab axtarır:
"Paşinyanın baş nazir postuna yiyələnməsindən sonra İrəvanın Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətində hansı dəyişiklik olub? Paşinyan bu məsələdə kompromisə getməyə hazırdırmı? - V. Putin bu suallar ətrafında düşünür.

N.Paşinyan öz reytinqini qaldırmaq üçün Qarabağda savaşa başlaya və təxribata gedə bilər. Bu məsələdə onunla danışıq Kreml üçün önəmlidir. Baş nazir Türkiyə və Avropa ilə əlaqələri normallaşdırmağa hazır olduğunu bəyan edir.
Bu məsələdə də Kreml üçün bir sıra cavabsız suallar mövcuddur. Yəqin ki, keçiriləcək görüşdə bu məsələlər Putin üçün açıqlığa qovuşacaq”.
Qeyd edək ki, Rusiya və Ermənistan rəhbərləri arasında görüş gələn həftə keçiriləcək.
Aysel Aslan