Pütin: Rus ordusu kimsəni hədələmir




Rusiya dövlət başçısı Vladimir Pütin , Qərbin  rus ordusunun hərbi manevrlərindən əndişələnməsinə münasibət bildirib. Sherg.az "Sputnik Türkiyə"yə istinadən xəbər verir ki,  Rusiyanın heç bir ölkəni hədələmədiyini qeyd edən Pütin sözlərinə əlavə edib: 
"Bunun altını cızaraq  bir  daha demək  istəyirəm, hər kəs eşitsin. Ordumuz güclüdür,  müasir və son dərəcə təsirli hala gəlib. Ani təlimlər, daxil manevrlərin sayı qat - qat artdı".
Yaroslav şəhərində, Avtodizel zavodunun işçiləri ilə görüşən Rusiya lideri,  ani təlimlərin zaman - zaman başqalarını narahat etdiyini bildirib.  Pütin, "Onlar manevr edərkən biz narahat olmuruq, indi  niyə  əsəbiləşməyə başlayırlar? Çox əsəbidirlər"söyləyib.

"Təkrar edirəm, biz kimsəni hədələmirik, kimsəni hədələmək niyyətində də deyilik" deyən Rusiya prezidenti, "Bu nəyimizə gərəkdi? Dünyanın ən böyük ərazisinə sahibik, bunu əvvəl də söylədim, hər kəs bilir və öz ölkəmizin, öz xalqımızın təhlükəsizliyini təmin etməyimiz lazımdır. Ordumuz bunu edəcək gücdədir və onu inkişaf etdirməyə davam edəcəyik" deyə əlavə edib.