Putin Skipala möhkəm can sağlığı ARZULADI





Rusiya prezidenti Vladimir Putin zəhərləndikdən sonra  Böyük Britaniya xəstəxanalarının birində müalicə alan ikili rus agent Sergey Skripalı xəstəxanadan çıxması münasibətilə təbrik edib və ona möhkəm can sağlığı arzulayıb.

"Sherg.az"  "Agence France -Presse"ə istinadən xəbər verir ki, bu barədə V.Putin Soçidə Almaniya kansleri Angela Merkellə birgə keçirdiyi mətbuat konfransı zamanı bildirib. O qeyd edib ki, S.Skripalın xəstəxanadan çıxması xəbərini mediadan alıb: 

"Allah ona möhkəm can sağlığı versin !. S.Sripalın yerinə kim  olsa idi, yerindəcə dünyasını dəyişərdi. Xoşbəxtlikdən o, sağ qaldı. Ümidvaram ki, S.Skripal bundan sonra yaxşı və sağlam yaşayacaq". 

Qeyd edək ki, S.Skripal və qızı Jolianın zəhərlənməsi İngiltərə və Rusiya arasında diplomatik böhran yaratdı. 

Tərcümə etdi: Ayyət ƏHMƏD