Putin soyuq müharibə taktikasına dönür

Bu il 300 dəfə rus təyyarələrinə maneə törədildi
Ukrayna böhranından  sonra Rusiyanın NATO ölkələrinə istiqamətli hava məkanı   pozuntuları və "təhlükəli yaxınlaşmaları" rekord səviyyəyə çatdı. Ekspertlərə görə, Rusiya dövlət başçısı Putin, soyuq müharibəyə  xas olan bu taktikanı geri döndürdü.
Türkiyənin hava sahəsini pozduğuna görə Rusiyanın Su-24 tipi təyyarəsinin vurulmasından sonra iki ölkə arasında münasibətlərdə çat əmələ gəldi. Rus təyyarələri, bu il Türkiyə sərhədlərini üç dəfə pozdu. Ancaq Rusiyanın hava sərhədləri pozuntuları Türkiyəyə aid  deyil. Son iki ildə, Rusiyanın xüsusilə NATO sərhədlərinə istiqamətli təhlükəli yaxınlaşmaları və hava məkanı  pozuntuları, soyuq müharibə   sonrası dövrlə müqayisə edildiyində rekord səviyyəyə çatmış vəziyyətdədir. Ukrayna böhranından sonra  Moskvanın pozuntuları soyuq  müharibə dövründəkinə bənzər şəkildə "siyasi və hərbi  taktika" kimi istifadə etməyə başladığı düşünülür.(milliyet.com.tr)
NATO-nun açıqladığı rəqəmlərə görə, NATO üzvü ölkələr, sərhədinə yaxınlaşan rus təyyarələrinə 2014-cü ildə tam 400 dəfə maneə törətdi. Bu pozuntuların 150-i Baltik bölgəsində reallaşdı. Bu vəziyyət 2013-cü ilin  rəqəmləriylə müqayisə edildiyi zaman 3 dəfə  yüksək olduğu bəlli olur. 2015- ci ilin ilk 8 ayında isə NATO reaktivləri sərhədə yaxınlaşan təyyarələri dayandırmaq üçün 300 dəfə havaya qalxıb. 
Rus reaktivləri, NATO ölkələrinin hava sahəsinə tez-tez yaxınlaşsa da, çoxunda  sərhəd pozuntusu etmir. 2014-cü ildə 10 dəfə NATO ölkələrinin sərhədi içinə girən rus təyyarələri, 2015-ci ildə NATO üzvü olan Türkiyənin sərhədini 3 dəfə pozdu, NATO üzvü olmayan Finlandiya  hava məkanında da  təxminən 1 dəqiqə boyunca qaldı. Rusiya, keçmiş  sovet ölkələri olan NATO üzvləri Estonya, Latviya və Litvanın hava sərhədlərini tez-tez pozub, ya da yaxınlaşıb.
 Rusiya son illər hava məkanlarını belə pozub:
- 2006 ilə 2013-cü illər arasında NATO ölkəsi Estonyanın hava sahəsində  7 dəfə pozuntu edən Rusiya, 2014-cü ildə isə bu ölkənin sərhədini 8 dəfə pozdu. Ruslar, Estonyaya aid  Vaindloo adasının üzərində 6 dəfə sərhəd pozuntusu edib. Estonyaya aid digər adalarda da iki dəfə sərhəd pozub.
- ABŞ-ın beynəlxalq "World Affairs jurnalının  rəqəmlərinə görə, Rusiya 2014-cü ildə Latviyanın hava sahəsinə 180 dəfə, Litvanın hava sərhədlərinə isə 150 dəfə yaxınlaşdı.