Qadın basketbolçularımız Litva üzərində 17:10 hesablı qələbə qazanaraq 1/ 4 finala yüksəlib




"Bakı-2015" Avropa Oyunlarında basketbolun 3x3 növü üzrə otuzunçu qarşılaşma keçirilib. Bu görüş qadın basketbol komandaları arasında baş tutub. Oyunda Azərbaycan komandası rəqibi basketbol ölkəsi sayılan Litva üzərində 17:10 hesabı ilə qalib gələrək 1/ 4 finala yüksəlib. Yığmamızın növbəti rəqibi İspaniya - Türkiyə oyunun qalibi olacaq.

Vüqar