Qadın özünü qatarın altına atdı - BAKI METROSUNDA DƏHŞƏT - YENİLƏNİB




Bakı metrosunda intihar edən qadının kimliyi məlum olub.

"Bakı Metropoliteni"nin mətbuat katibi Bəxtiyar Məmmədov "Sherg.az"a bildirib ki, metroda intihar edən 54 yaşlı Asya Əmirovadır:

"Vəziyyəti yaxşıdır, sadəcə ayağında axsama var. Hazırda həkimlər hadisə yerində ona yardım edirlər".
09:59

"Bakı Metropoliteni"nin "28 May" stansiyasında qadın intihar edib.
Lent.az -ın məlumatına görə, hadisə bu gün saat 09:35-də baş verib.
Belə ki, qadın özünü "Həzi Aslanov" stansiyasından "28 May"a gələn qatarın altına atıb.
"Bakı Metropoliteni"nin mətbuat katibi Bəxtiyar Məmmədov faktı təsdiqləyib.
Bildirib ki. qatarların hərəkət istiqamətində fasilə yaranıb: "Hazırda hərəkət bərpa olunub. Hadisə ilə bağlı araşdırma aparılır və rəsmi məlumat veriləcək".