Qanlı hadisə törətməyə hazırlaşırdı

Estetik əməliyyat etdirən terrorçu tutuldu



İzmirdə tanınmamaq üçün estetik əməliyyat etdirən DAEŞ üzvü terrorçu, hərəkət etmədən əvvəl dərhal tutuldu.

Qeyri-qanuni yollarla Suriya üzərindən Türkiyəyə gələn və Fransa tərəfindən DAEŞ üzvü olduğu təsbit edilən Mehdibend Səid, Xüsusi Hərəkat Polisinin Karşıyakada təşkil etdiyi əməliyyat nəticəsində tutuldu. Səidin şəxsiyyətini dəyişdirmək üçün estetik əməliyyat etdirdiyi, bu əməliyyatlar bitdikdən sonra İzmirdə qanlı bir hadisə törətməyə hazırlaşdığı öyrənildi. Üzərində şəxsiyyət vəsiqəsi çıxmayan Səidin yanında saxladığı telefonda isə şifrələnmiş xüsusi qeydlər olduğu ortaya çıxdı. Polisin təhqiqatı davam edir.