"Yeni qanun layihələri hazırlanarkən hüquqşünaslarla yanaşı, dilçi alimlərə də müraciət etmək daha yaxşı olardı"
Qanun hər kəsin anladığı formada yazılmalıdır
09:48 20.11.2018
Arxiv
822
Sənədlərin dili sadə olmalıdır ki, vətəndaşlar onu anlayıb əməl etsinlər
"Yeni qanun layihələri hazırlanarkən hüquqşünaslarla yanaşı, dilçi alimlərə də müraciət etmək daha yaxşı olardı"
"Yeni qanun layihələri hazırlanarkən hüquqşünaslarla yanaşı, dilçi alimlərə də müraciət etmək daha yaxşı olardı"
Bəzən qanunvericilikdə dilimizə aid olmayan sözlərə, bəzən isə qanunların dilinin qəliz olmasına rast gəlirik. Hətta bu, vətəndaşlar tərəfindən, dövlət qulluqçuları tərəfindən də müəyyən narazılıqlarla qarşılanır. Çünki qanunlar aydın və başadüşülən şəkildə tərtib edilmədiyi üçün, yaxud mübahisəli məqamlar olduğu üçün cəmiyyət tərəfindən narazılıqlarla qarşılanır. Qanunlarımızın dilinin bərbad olması haqda əsas iddia bundan ibarətdir ki, Milli Məclisdə 3 oxunuşdan keçərək qəbul olunan qanunlar əsasən Rusiyada qüvvədə olan qanunların bərbad tərcüməsidir. Millət vəkili Jalə Əliyeva da sözügedən məsələ ilə bağlı öz etirazını bildirib. Onun sözlərinə görə, qanun layihəsi hazırlanan zaman onun sadə, başadüşülən tərzdə olmasına xüsusi diqqət yetirilməlidir: "Vallah, Məşədi İbadın sözü olmasın, "Tarixi-Nadir"i yarısınacan oxumuşam, amma bu sənədlərdən bir şey başa düşmək olmur. Onları oxuyub axırına çatanda əvvəlini unudursan, bilmirsən ki, nədən söhbət gedir. Çox qəliz yazılır, anlamaqda çətinlik çəkilir. Ona görə bu məsələyə də ciddi diqqət yetirmək lazımdır". Belə bir problemin mövcud olduğunu deyən hüquqşünas İlham Məmmədov deyib ki, ildən-ilə qanunlarımızda dəyişikliklər olsa da, ümumən götürəndə hüquq ədəbiyyatımızın dilində çətinliklər var: "Professional hüquqşünaslar da, vəkillər də, hakimlər də müəyyən çətinliklər yaşayırlar. Bəzən hansısa bir maddənin müəyyən bir işlə əlaqədar tətbiq edilməsində çətinliklər yaranır. Bəzən yanlış və ya tam başqa bir mənada anlaşılmalar da olur. Bu məsələlərin həlli ilə bağlı yuxarı instansiyalara müraciət olunur və onlar şərhlər verirlər, izahatlar verirlər. Məhz bundan sonra aşağı instansiyalarda, inzibati orqanlarda tətbiq edilir”.
Vergi qanunvericiliyi ilə mülki qanunvericilikdə məhkəmə mübahisələri zamanı ziddiyyətlər yarandığını vurğulayan hüquqşünas deyib ki, bunlar da dediyim kimi, şərhlər verilməklə aydınlaşdırılır”.
Azərbaycan Respublikasının konstitusiyasının 72.3-cü bəndini xatırladan vəkil Rəfael Abbasov "Şərq"ə açıqlamasında deyib ki, Qanunu bilməmək vətəndaşı məsuliyyətdən azad etmir. Buna görə də ilk növbədə qanunun dili sadə və anlaşılan olmalıdır ki, cəmiyyətin hər bir üzvü həmin qanunun müəyyən etdiyi normanı aydın başa düşə bilsin və qanunlara əməl etsin: "Lakin hazırda qanunlarımızın dili nisbətən qəliz olduğu üçün bəzən anlaşılmazlıqlar yaranır. Düşünürəm ki, bunun səbəbi də ilk növbədə Azərbaycanın yeni müstəqil dövlət olması, müstəqil dövlət kimi hüquq sistemini yeni formalaşdırmasıdır. Heç bir dövlət qanunları sıfırdan yaratmır. Biz də müstəqil dövlət kimi hüquq sistemimizi yaradarkən bəzi xarici ölkələrin hüquq sistemlərindən bəhrələnmişik ki, nəticədə tərcümə ilə bağlı qanunlarımızın dilində problemlər yaranıb. Eyni zamanda, qanun layihələri hazırlanarkən hüquqşünaslar çalışırlar ki, gələcəkdə mübahisələrin yaranmaması üçün qanunların dilində yayğınlıq olmasın. Buna görə də qanunlarda hüquqi terminlərdən daha çox istifadə olunur ki, bu da sadə vətəndaşların qanunları anlamasında çətinliklər törədir".
Vəkilin sözlərinə görə, hüquq sistemimiz inkişaf etdikcə, bu problemlər aradan qalxacaq:
"Fikrimcə, qanunlarımızın dili ilə bağlı problemlərin aradan qaldırılması üçün yeni qanun layihələri hazırlanarkən hüquqşünaslarla yanaşı, dilçi alimlərə də müraciət etmək daha yaxşı olardı".
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət
Ceyhunun qətlinə görə daha iki nəfər həbs ediləcək
17:29 26.10.2026
Hadisə
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
17:27 26.10.2026
Hadisə
Tramp əmr versə, İrana 96 saat sonra zərbə endiriləcək
17:13 26.10.2026
Gündəm
Tramp: Somali dünyanın ən pis ölkəsidir
17:10 26.10.2026
Gündəm
Rusiya minlərlə afrikalını müharibəyə göndərir
16:31 26.10.2026
Gündəm
İranla sərhədin açılmasını tələb edən İraq rəsmi həbs edildi
16:07 26.10.2026
Dünya
Paşinyan Ermənistanda yeni müxalifətin formalaşmasına çağırış edib
16:05 26.10.2026
Gündəm
Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
15:59 26.10.2026
Gündəm
"Şərq" heç vaxt öz ruhuna xəyanət etməyib - Kəmalə Quliyeva
15:47 26.10.2026
Media
13 ildən sonra SOCAR-dakı vəzifəsindən ayrıldı
15:24 26.10.2026
Aktual