ABŞ Prezidenti Donald Tramp, Federal Ehtiyat Sisteminin faiz dərəcələrini aşağı salmadığı təqdirdə, ABŞ-nin ticarət kəsiri olan ölkələrlə ticarəti dayandıracağını bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” sosial şəbəkəsində ABŞ-nin avqust ayı üçün məşğulluq məlumatlarına reaksiya verərkən yazıb.
Prezident bildirib ki, avqust ayında Amerika işəgötürənləri 162 min iş yeri yaradıb, iqtisadçılar isə daha aşağı rəqəm gözləyiblər.
Eyni zamanda, o, ABŞ-nin son vaxtlara nisbətən daha kredit qabiliyyətinə malik olduğunu qeyd edərək, Fed-i faiz dərəcələrini aşağı salmağa çağırıb.
“Güclü ölkə daha aşağı faiz dərəcəsi deməkdir - bu, daha yaxşı kreditdir... Çox sadə! Köhnə günlərdə olduğu kimi, dünyanın bütün ölkələri arasında ən aşağı faiz dərəcəsinə sahib olmalıyıq”, - deyə prezident qeyd edib.
Tramp hesab edir ki, ABŞ digər ölkələrin onların hesabına əhəmiyyətli ticarət profisitinə sahib olmasına icazə verməməlidir.
“Dərəcəni aşağı salın, yoxsa kəsirimiz olan ölkələrlə ticarəti dayandıracağam... Bu, tariflərdən daha yaxşıdır!”, - deyə o yazıb.
Tramp həmçinin Fed rəhbərliyini "ağıllı olmağa" və "vətənpərvər olmağa" çağıraraq, yüksək faiz dərəcələrinin ABŞ-ni "çox ədalətsiz vəziyyətə" saldığını vurğulayıb.