Rusiya və ABŞ kəşfiyyat xidmətləri arasında rabitə kanalları fəaliyyət göstərir

Rusiya və ABŞ xüsusi xidmət orqanları əlaqə saxlayır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Komsomolskaya Pravda" radiosunun efirində bildirib.

Diplomat qeyd edib ki, Rusiya prezidneti dünən müvafiq qurumlar və kəşfiyyat xidmətləri arasında rabitə kanallarının işlədiyini vurğulayıb. Bu iş gərginliyin qarşısını almaq və qarşılıqlı maraq doğuran məsələləri həll etmək üçün planlaşdırılıb və hədəflənib.