Aİ-dən Qəzza ilə bağlı QƏTİ MÖVQE: Fələstinlilərin köçürülməsi rədd edildi

Avropa İttifaqı (Aİ) Qəzza zolağında fələstinlilərin köçürülməsi ilə bağlı hər hansı cəhdi rədd edib.

Oxu.Az bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, Avropa Komissiyasının (AK) rəsmi nümayəndəsi Kristian Viqand sentyabrın 4-də keçirilən mətbuat konfransında Aİ-nin Qəzza zolağında hər hansı demoqrafik və ya ərazi dəyişikliyini rədd etdiyini bəyan edib.

Viqand əlavə edib ki, Qəzza zolağı gələcək Fələstin dövlətinin ayrılmaz tərkib hissəsidir.