"Qaqarin" körpüsü söküləcək - Köhnəlib...
17:16 04.06.2019
Arxiv
599
Təklif olunan dövlət layihəsinə əsasən "Qaqarin" körpüsü kimi tanınan "Cavanşir" körpüsü söküləcək və onun yerində yol tikiləcək.
"Sherg.az" 1news.az-a istinadən xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev bu günlərdə təqdim olunmuş layihənin foto şəklini göstərərkən deyib.
Ekspert hesab edir ki, layihə diqqətəlayiqdir, lakin qeyri-müəyyən fikirlər yaradır.
"1962-ci ildə "Qaqarin" körpüsünün (yeri gəlmişkən bu körpü yox, üst keçid, estakadadır) tikintisinin bir məqsədi var idi - Bakı dəniz yük limanını Bakı-Yük dəmir yol stansiyası ilə birləşdirmək, avtomobillərin qarşısından şlaqbaum və dəmir yol keçidini götürmək. İndi isə Bakı yük limanı başqa yerə köçürülüb. Buna görə də körpünün və onun altından keçən dəmir yolunun əhəmiyyəti itib", - deyə ekspert bildirib.
Abdullayev deyir ki, körpü köhnəlib, onu yararlı vəziyyətdə saxlamaq üçün yatırımlar etmək və rekonstruksiya aparmaq lazımdır.
Ekspert əlavə edib ki, ikinci həll yolu körpünü söküb onun yerində yol tikməkdir.
"Hal-hazırda körpünün altından piyadalar keçir, orada avtomobillər saxlanılır. Ərazidə hətta Yol Polisinin cərimə dayanacağı da yerləşir. Yeni layihədə isə piyada keçidi yoxdur, amma körpünün əvəzində altıxətli birtərəfli yol var. Nəzərə alsaq ki, bu yol 150 metrdən sonra Üzeyir Hacıbəyli və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində işıqfora aparır, onun əhəmiyyəti aydın olmur. Altıxətli yol şəhərə nə verəcək? Bu haqda artıq indidən fikirləşmək lazımdır, məsələn, düşünmək ki, piyadalar yolu necə keçəcəklər. Bu şəhərsalma məsələsidir. Yaxınlıqda yerli sakinlər üçün park, Port Baku yerləşir. İnsanlar yolu necə keçib ora gedəcəklər? Bu məsələni öncədən həll etmək lazımdır. Həmçinin orada çoxsəviyyəli dayanacaq tikmək lazımdır" - deyə Abdullayev bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
17:24 16.07.2026
Cəmiyyət
Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb
17:17 16.07.2026
Siyasət
Çarukyanın binası bələdiyyəyə verildi
16:57 16.07.2026
Cənubi Qafqaz
VK və "Maks" mesenceri "Google Play" mağazasından silindi
16:50 16.07.2026
Texnologiya
Kəlbəcərdə batan 11 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
16:43 16.07.2026
Hadisə
Rusiya Türkiyəyə təşəkkür etdi
16:35 16.07.2026
Dünya
Şəmkirdə yeniyetmə qıcolmadan ölüb
16:05 16.07.2026
Hadisə
İran Küveytə dron hücumu edib
15:52 16.07.2026
Gündəm
Aya aparılan SSRİ bayrağı 80 min dollara satıldı
15:44 16.07.2026
Futbol
Futbolçu qorxur, mundialdan ölkəsinə qayıda bilmir
15:30 16.07.2026
Futbol
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 11 gəmini vurub
15:15 16.07.2026
Dünya
Politoloq: "3+3" formatı artıq Minsk Qrupuna çevrilməkdədir
14:59 16.07.2026
Region
Böyük Britaniyada "TikTok"a qarşı rəsmi istintaq başlanıldı
14:54 16.07.2026
Dünya
Yaponiyada ikinci paytaxt yaradılır
14:47 16.07.2026
Dünya
Əliabbas Müznibin “Dirilik” məfkurəsi
14:25 16.07.2026
Tarix
Bakıda güclü külək nə vaxta qədər əsəcək?
14:05 16.07.2026
Ekologiya