Nazim Məmmədov: “Təəssüf ki, bizdə valyutadəyişmələr küçə ticarətinin bir formasına çevrilmişdi”
“Qara bazar”a fərqli baxış var
21:04 18.01.2016
Arxiv
1047
Natiq Cəfərli: “Bankın tərkibində olmayan valyutadəyişmə məntəqələrinin bağlanması “qara bazar”ın formalaşmasına yol açdı”
Nazim Məmmədov: “Təəssüf ki, bizdə valyutadəyişmələr küçə ticarətinin bir formasına çevrilmişdi”
Nazim Məmmədov: “Təəssüf ki, bizdə valyutadəyişmələr küçə ticarətinin bir formasına çevrilmişdi”
Məşhur "Reuters” agentliyi Bakıda dolların "qara bazarı”ndan yazıb. Məqalədə qeyd olunur ki, "qara bazar”da hazırda 1 ABŞ dolları 1.85-1.90 manata alınır, 2 manata satılır. Halbuki Mərkəzi Bank (MB) tərəfindən müəyyən edilmiş rəsmi məzənnə isə 1.5706 manatdır. Yazıda o da bildirilir ki, Azərbaycanda dolların MB tərəfindən müəyyən edilmiş məzənnəsi ilə artıq formalaşmış "qara bazar” məzənnəsi arasında kəskin fərq var.
Agentlik iddia edir ki, MB dolların valyutadəyişmə məntəqələrində alınıb-satılmasını qadağan etsə də, dolların "qara bazarı” artıq formalaşıb. Bu arada qeyd edək ki, Gürcüstanın sabiq baş bankiri Roman Qotsiridze MB-nin sədri Elman Rüstəmovun yol verdiyi səhvi açıqlayıb. Keçmiş baş bankirin sözlərinə görə, bu mərhələni bütün postsovet respublikaları keçiblər. Lakin Azərbaycan bu proseslərdən düzgün nəticə çıxarmadı: "Azərbaycan hökumətinin buraxdığı səhv, yəni vaxtında sərbəst üzən məzənnə siyasətinə keçməməsi nəticəsində hazırda ölkədə dollar qara bazarı formalaşır və ötən dövrlərdə olduğu kimi valyutanın iki kursu formalaşıb. Mərkəzi Bank tərəfindən müəyyən edilmiş kurs və qara bazar kursu. Lakin Azərbaycan Mərkəzi Bankı axırda lazım olanı etməyə məcbur olacaq”. Ekspert hesab edir ki, hökumətin və MB-nin düzgün, uzlaşdırılmış fəaliyyətini təmin etmək mümkün olsa, bu böhranı təxminən il yarım sonra aradan qaldırmaq olar. Maraqlıdır, görən, ölkədə dolların "qara bazarı”nın formalaşması nədən irəli gəlib?
Sualımızı cavablandıran tanınmış ekspert Natiq Cəfərli "Şərq”ə deyib ki, buna yanlış qərarlar yol açıb: "Valyutadəyişmə məntəqələrinin qapadılması və dollar əməliyyatlarının ancaq bankların əsas ofisləri vasitəsilə aparılması çox yanlış qərar idi. Bu hal ajiotajı daha da artırdı. İnsanlarda belə bir təsəvvür yarandı ki, manatın gələcək taleyində yenə şübhələr var. Manat yenidən ucuzlaşa bilər. Bankların qarşısında olan növbələr artıq bu şayiələrin daha geniş yayılmasına səbəb oldu. Əslində valyutadəyişmə məntəqələrinin özləri də bankların nəzdində fəaliyyət göstərirdi. Onlar banklardan lisenziyalar almasa və tələblərə cavab verməsələr, işləyə bilməzdilər. Bankın tərkibində olmayan valyutadəyişmə məntəqələrinin bağlanması "qara bazar”ın formalaşmasına yol açdı. Çünki "qara bazar”ın mahiyyəti odur ki, dollara tələb varsa, təklif həmişə olacaq. Təklif isə "qara bazar”ın məzənnəsinə uyğun aparılacaq. Deyilənə görə, "qara bazar”da dollar 1,75 və 1,80 manata alınır. Bu artıq MB-nin apardığı səhv siyasətin təzahürüdür. "Qara bazar” mahiyyət etibarilə elə bir alətdir ki, bunun qarşısını inzibati üsullarla almaq mümkünsüzdür. Hətta vaxtilə dünyanın ən güclü ölkələrindən olan SSRİ belə "qara bazar”ın qarşısnı ala bilməmişdi. Bizdə də bu mümkünsüz olacaq”.
Ekspertin qənaətincə, ölkədə "qara bazar” getdikcə çiçəklənə bilər: "İkili kurs yarana bilər. Rəsmi kursla "qara bazar”ın kursu arasında ciddi fərq yaranacaq. Bir neçə post-sovet ölkələrinin də örnəyi var. Məsələn, Özbəkistanda rəsmi kursla "qara bazar”ın kursu arasında iki dəfəyə yaxın fərq var”.
Digər iqtisadçı-ekspert Nazim Məmmədovun fikrincə, "qara bazar” o vaxt formalaşır ki, bank sektoru tələbi qarşılaya bilmir və yaxud hansısa məhdudiyyətlər tətbiq edir: "MB-nin son illər apardığı pul- kredit siyasəti "qara bazar”ın formalaşmasında əsas faktor rolunu oynadı. Düzdü, hökumətin addımları da liberal bazar iqtisadiyyatının tələblərinə uğun olmalı idi. İnhisarçılıq aradan qaldırılmalıdır. Ölkəyə xarici valyutanın gətirilməsi stimullaşdırılmalı idi. Bu faktorlardan sonra hökumətlə MB-nin birgə oturub, düşünməyi və müzakirə aparması vacibdir”.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, valyutadəyişmə məntəqələrinin sayının çoxluğu "qara bazar”ın formalaşmasında böyük rol oynayırdı: "Bunlar bir qrup insanın korrupsiya maraqlarına və tenderlərin qeyri-şəffaflığına xidmət göstərirdi. Bu baxımdan valyutadəyişmə məntəqələrinin ləğv edilməsinə dair MB-nin addımını müsbət qarşılayıram. Baxın, inkişaf etmiş ölkələrdə "exchange”lər turizm mərkəzlərində, kommunikasiya mərkəzlərində və daha çox otellərə yaxın ərazilərdə yerləşir. Təəssüf ki, bizdə valyutadəyişmələr küçə ticarətinin bir formasına çevrilmişdi. Bunların məhdudlaşdırılmasını müsbət qarşılayıram”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət