Qarabağda erməni hərbçi məhv edildi





Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində, Azərbaycanən işğal edilmiş Dağlıq Qarabağ ərazisində erməni əsgər 19 yaşlı Stefan Melkonyan məhv edilib.

"Sherg.az" "armenews.com"a istinadən xəbər verir ki, erməni hərbi qulluqçu iyunun 1-də, yerli vaxtla 07:30 radələrində cəbhənin cənub-şərq istiqamətində yerləşən hərbi hissənin müdafiə postunda vurulub. Ermənistan müdafiə nazrliyi faktı təsdiqləıyib və hadisənin hansı vəziyyətdə baş verməsini yaxın zamanlarda müəyyən edəcəklərini bəyan edib.  

Qeyd edək ki, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.