Qaradənizli Tramp ümidlə danışır




Türkiyənin Giresun şəhərində yaşayan  Abdullah Topçu, fizikası və vizual xüsusiyyətləriylə ABŞ-ın yeni prezidenti Donald Trampa bənzəyir.

İctimai mediada şəkilləriylə bəyənmə qazanan Topçu, getdiyi hər yerdə təccüblə qarşılanır. Vətəndaşlar, onunla şəkil çəkdirir. Fiziki xüsusiyyətləri ilə yanaşı geyim-kecimi də   Trampı xatırladan Topçu, hər iki ölkə arasındakı siyasi əlaqələrin yaxşı olmasına ümid edir. Trampın prezidentliyinin  Türkiyə üçün yaxşı olacağına inandığını ifadə edən Topçu, "Televiziyalarda izlədiyimiz qədəriylə yeni prezident  Tramp, Türkiyə ilə əlaqədar çox gözəl mesajlar verir. Mən başçılığının xeyirli olacağı qənaətindəyəm" deyə danışıb.