Qarınında unudulan qayçı ilə 5 il yaşadı

Eskişehirdə xoş xassəli xərçəng diaqnozuyla 2010-cu ildə əməliyyat olunan 67 yaşlı Xanım Özgülün əməliyyat zamanı qarınında unudulan qayçı 5 il sonra rentgenlə ortaya çıxdı. Şəhər xəstəxanasında 2010-cu ildə əməliyyat olunan 4 uşaq anası Özgül, 12 gün sonra xəstəxanadan buraxıldı. Özgül, təkrarlanan müayinə əsnasında ağrıları olmasına baxmayaraq 5 il çəkdiyi ağrılara ağrı kəsicilərlə dözdü. Son olaraq 6 ay əvvəl sidiyindən qan gəlməsi və ağrılarının dözülməz hala çatmasından sonra Özgül, uşaqları tərəfindən xəstəxanaya aparılıb. Özgül və yaxınları, xəstəxanada çəkilən rentgendə 5 il əvvəlki əməliyyatda qarınında qayçı unudulduğunu görüncə şok oldular. Qadın eyni xəstəxanada 5 il sonra yenidən əməliyyat edilərək qarınındakı qayçıdan qurtarıldı. Hadisənin şokunu uzun müddət üzərindən ata bilməyən Özgül, məhkəməyə müraciət edib.
"Qayçı xəstəxananın, sizə verə bilmərik"
Özgül, 5 il qarınında daşıdığı qayçını əməliyyatın ardından xəstəxana səlahiyyətlilərindən tələb etdiyini vurğulayaraq bunun qarşılığında, "Qayçı xəstəxananın, sizə verə bilmərik" cavabını aldığını söyləyir. Vəkili vasitəsi ilə qanuni addımlara baş vurduğunu vurğulayan Özgül, "Xəstəxana haqqında iddia açdıq. 5 il boyunca qarınımda qayçıla yaşamanın hesabını artıq məhkəmə soruşacaq" deyə danışdı.