
Qaz və işığa tətbiq edilən limit ləğv edilə bilərmi ? – Ekspert izah edir
13:51 10.04.2019
Arxiv
953
Təbii qaza tətbiq edilən 1700 kub.metrlik limitin dəyişdirilməsi təklifləri səslənir. Təklifi irəli sürən iqtisadçılar, əhalinin 1700 kub.metrlik təbii qaz limitini bir neçə ayda tükətdiyini qeyd edirlər. İqtisadçılar bu fikirdədir ki, təbii qaza tətbiq edilən limit aşağıdır. Məlumdur ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək olan istehlakçılar üçün 10 qəpik, qadın sərfiyyatı bu göstəricini aşdıqda isə artıq 20 qəpikdən hesablanır. Bu da xüsusilə əhalinin az təminatlı hissəsinin iqtisadi cəhətdən çətinə salır. Nəzərə alsaq ki, payız-qış mövsümündə təbii qazın sərfiyyatı artır, 1700 kubmetrlik limiti keçməmək mümkün deyil.
İqtisadçı Fuad İbrahimov «Sherg.az"a açıqlamasında hökumətin təbii qaz və eləcə də elektrik enerjisinə tətbiq edilən limitlə bağlı dəyişiklər edə biləcəyini söylədi:

- Tətbiq edilən limit istənilən halda azdır. Təbii ki, burada söhbət məhz əhalinin istifadə etdiyi təbii qaz və elektrik enerjisinə tətbiq olunan limitdən gedir. Xüsusilə də, bəzi çoxmərtəbəli binalarda, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə tikilmiş mənzillərdə istilik sistemi olmadığından təbii qaz sərfiyyatı yüksəkdir. Təbii qaz belə yaşayış yerlərində çox işlənir. Təyin olunmuş 1700 kubmetrlik limitin 70-80 faizi payız-qış mövsümündə sərf olunur. Digər aylara cüzi bir hissə qalır, bununla da ili başa vurmaq mümkün görünmür.
Əhalinin istehlak səbəti və xərcləri düzgün müəyyənləşməlidir. Nəyəsə tarif təyin ediləndə gərək vətəndaşın gəlirləri nəzərə alınsın. Deyək ki, orta aylıq gəlir 400 manatdırsa, aylıq xərc 500 manat olmamalıdır. Bu mənada təbii qaza tətbiq edilən limitdə birdən-birə 100 faiz artım diferensial deyil, məncə. Heç olmasa, 50 faiz artım olmalıydı.
İllik istehlak həcminin 1700 kubmetrdən artıq olan hissəsi üçün 20 deytl, heç olmasa 15 qəpik təyin edilməliydi. Birdən-birə 100 faiz artımı nəylə əsaslandırırlar? Azərbaycan təbii qaz istehsalçısı bir ölkədir. Tarif Şurası sadə vətəndaşlar üçün, əhali üçün belə məbləğ müəyyən etməməliydi. Bu, çox kobud tarifdir. Ümid edirəm ki, hökumət qarşısında məsələ qaldıralarsa, əhalinin xeyrinə həllini tapar.
F.İbrahimov təbii qazın keyfiyyətinin də sual altında olduğunu dedi:
- Biz paytaxtın Yasamal rayonunda yaşayırıq. Son aylarda bizim ərazidə də təbii qazın verilməsində tez-tez fasilələr yaranır. Qaz sayğacları «kod»a düşür, əhali kartlara təkrar qaz yükləməli olur, ödəmə aparatları qarşsında uzun növbələr yaranır.
Təbii qazın verilişi bərpa olunduqda isə uzun müddət hava axını müşahidə edilir. Bu da balansa yüklənmiş təbii qazın sərfiyyatını bir az da çoxaldır. Qaz istismar idarələri üzərlərinə düşən vəzifəni yerinə yetirmir. Əhali əziyyət çəkir. Sərfiyyat gözlənildiyindən artıq olur. Ona görə də tətbiq olunan limit tez başa çatır, bu da əlavə sərfiyyat üçün əlavə məbləğin hesablanmasına şərait yaradır.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm