Qazaxıstanda bir qrup silahlı ekstremist saxlanılıb





Qazaxıstanın Uralsk şəhərində dini ekstremist qruplaşmanın 8 üzvü saxlanılıb.

Trend-in məlumatına görə, onların saxlanılması üzrə xüsusi əməliyyat iyunun 25-i keçirilib. Saxlanılanların üzərində odlu silah, sursat və dini ədəbiyyat aşkar edilib.

Bildirilir ki, saxlanılanlar Qazaxıstanda terror aktları hazırlamaqda, terrorçuluğun təbliğində şübhəli bilinirlər.