Qazdığı bağçadan 600 milyon dollar çıxdı

Polisə xəbər verdi, polis də onu 1 milyon dollarla mükafatlandırdı
65 yaşlı bağban, Kolombiyalı narkotik baronun itkin sərvətini tapdı. Pablo Escobar, 1949-cu ildə bir kənd müəlliminin ailəsində dünyaya gəlib.
44 illik ömüründə sıfırdan dünyanın ən zənginləri siyahısına çıxacaq, minlərlə düşməni, bir o qədər də sevinəni olacaq. 1970-ci illərin əvvəllərində Medellin bölgəsindəki narkotik plantasiyasında pay sahibi olmağa başlayan Escobar, gələcəkdə "dünyanı nəzarət edəcəyi” sahədə ad çıxarmağa başladı. 1975-ci ildə Medellindəki ən böyük narko baronu öz əmriylə öldürərək, bölgənin ən böyüyü oldu. 80-ci illər Escobarın ən güclü dövrü idi. 1989-cu ildə də Escobar, Forbes jurnalının ən zənginlər siyahısında 7-ci sırada özünə yer tapmağı bacardı.
Pablo Escobar ilə dövlət arasında maraqlı bir əlaqə vardı. Qeyri-qanuni işlərini davam etdirərkən ona mane olan bir çox Kolombiyalı prokuror, polis və dövlət adamının əmri ilə o 1993-cü ilin dekabrında ad günündən bir gün sonra öldürüldü. Escobarın milyardlarla dollarının harada olduğu bilinmirdi.
Budur yoxa çıxmış milyard dollarlardan 600 milyon dolları təsadüf nəticəsində tapıldı. Bağban Jose Mariena Cartolos, işlədiyi villanın bağçasını qazdı. Vedrələrə qoyulmuş tam 600 milyon dollarla qarşılaşan 65 yaşlı bağban, dərhal polisə xəbər verdi. Dövlət səlahiyyətliləri də tanadığına görə Cartolos 1 milyon dollar mükafat verdi.