Qəzada yaralanan şəxs xəstəxanada öldü





İyunun 14-də Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində Qarakazımlı kənd sakini Elməddin Həsənov idarə etdiyi "VAZ-21074” markalı avtomobillə yolu keçən kənd sakini Əlizadə Nəzərovu vurub. "Sherg.az" Daxili İşlər Nazirliyinin mətbuatına istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən piyada iyunun 16-da orada ölüb.


Hadisə ilə bağlı Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.