“Qışqırıqları hələ də qulaqlarımdadır”

Uşaqlarını yanğında itirdi, indi də küçələrdə yaşayır
Mersində birlikdə yaşadığı Atilla A. həbsxanada olduğu üçün ev kirayəsini ödəyə bilməyincə qızları 5 yaşındakı Selvi və 3 yaşındakı Fatma Nurla birlikdə küçəyə atılan Jasmin Kahriman, Mersin Qadın Sığınma Evinə yerləşdirildi.
Buradakı şərtlərə dözə bilməyən Kahriman, uşaqlarını da götürüb Adanadakı qohumunun evinə qonaq oldu. 9 yanvarda evdə çıxan yanğında Selvi və Fatma Nur yanaraq həyatını itirdi, ana yaralı olaraq xilas oldu. Yanğınla əlaqədar başladılan istintaq daxilində Jasmin Kahriman, ağıl sağlamlığıyla əlaqədar Ruhi və Sinir Xəstəlikləri xəstəxanasına sövq edildi. Burada edilən müayinə və tədqiqlərin ardından ifadəsi alınan Kahriman, Mersinə döndü. O gündən bu yana sahildə və parklarda həyatını davam etdirən Jasmin Kahriman, ona sahib çıxılmasını istədi.
Parklarda və küçələrdə qalan Kahriman, başına gələnləri belə nəql edir: "Sığınma evində saat 18.00-dan sonra mətbəx bağlanırdı. Acan uşaqlarıma bir şey verə bilmirdim. Gecələri su içirərək yatırdırdım. Dözə bilməyib çıxıb, Adanadakı bibimin yanına sığındım, amma orada da yanğın baş verdi. Uşaqlarım, ‘Ana yanğın, qurtar bizi’ deyə qışqırırdı. İki uşağımı da qurtara bilmədim. Qışqırıqları hələ qulaqlarımdadır. Ciyərim yanmış, canlı bir ölü kimiyəm. Uşaqlarım öldükdən sonra küçədəyəm. Həyat yoldaşım həbsxanada, mən sahildə yatıram. Dövlətdən tək istədiyim başımı soxacaq bir evlə təmin edilməsidir.”