Qız atası şantaj olundu: 500 manat verməsən qızını...

Həmin şəxsin digər əməlləri də ortaya çıxıb





Şəki sakinini qızı barəsində rüsvayedici məlumatlar yaymaqla hədələyən şəxs tutulub.

Şəki Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, rayonun polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Məmmədəli Nadirovu qızı barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 500 manat almış həmyerlisi, əvvəllər məhkum olunmuş Elşən Hüseynov tutulub.

Aparılan araşdırmalar zamanı E.Hüseynovun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olduğu müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Avqust ayının 28-də Bakıda qadını şantaj edən şəxs tutulmuşdu. Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Elvin Nəbiyev internet vasitəsi ilə tanış olduğu qadın barəsində rüsvayedici videogörüntülər yayacağı ilə hədələyib, ondan 10.000 manat tələb edərkən tutulmuşdu.