Qızcığazın ürəyi çöldə döyünür

Yüngül bir zədə alsa 6 yaşlı uşaq ölə bilər
Rusiyada yaşayan Virsavya Born milyonda bir insanda təsadüf edilən xəstəliyə mübtəla olub. Yazıq qızcığazın qəlbi bədənindən kənarda döyünür. 6 ildir bu xəstəliklə mücadilə edən qızın ürəyinin üstündə yalnız incə bir dəri qatı var.
"Cantrell” patalogiyası deyilən və çox nadir hallarda rast gəlinən bu xəstəliklə dünyaya göz açan qız müalicə üçün hazırda ABŞ-a göndərilib. Hamiləykən anasına yaşamayacağı söylənilən qız bütün çətinliklərə baxmayaraq 6 yaşına qədər gəlsə də, həyatı sanki bir sapdan asılıdır. Ən kiçik zədə belə onun həyatını itirmək təhlükəsi ilə üz-üzə qoyub. Qızın ürəyi döş qəfəsinin çölündə olduğuna görə çox risklidir. O, yüngül bir yıxılmadan həyatını itirə bilər. İndi onun Amerikadakı müalicəsi diqqətlə izlənilir.