Qrizmann “Atletiko”ya qələbə qazandırdı




İspaniya La Liqasında 19-cu turun oyunları davam edir.

Qol.az-ın xəbərinə görə, "Atletiko” öz meydanında "Levante”ni qəbul edib. Oyun Madrid klubunun qələbəsi ilə başa çatıb – 1:0. Yeganə qolu matçın 57-ci dəqiqəsində penaltidən Antuan Qrizmann vurub.

Qeyd edək ki, "Atletiko” 38 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Lider "Barselon”nın 40 xalı var.