Qubada alpinistlərin ölümü ilə bağlı YEKUN RƏY: Soyuqdan ölüblər
12:43 28.06.2018
Arxiv
382
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qubada meyitləri tapılan alpinistlərin ölümünün səbəbinin müəyyən edilməsi üçün apardığı ekspertiza başa çatıb.
"Sherg.az" xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə özəl olaraq bildirilib ki, müayinələr başa çatdıqdan sonra onun əsasında tərtib edilmiş rəy artıq Quba rayon Prokurorluğuna təqdim edilib.
Bu rəyə əsasən, ekspertiza zamanı meyitlərin üzərində xəsarət izi aşkar edilməyib.
Alpinistlərin ölümünə isə onların bədənində ümumi hərarətin enməsi və soyuması olub:
"Onlar qar uçqununun altında qalaraq soyuqdan ölüblər. Qar kütləsi enərkən onlar aşağıda olduqları üçün xəsarət almayıblar. Başqa sözlə, uçqun bunları hündürdən yerə çırpmayıb, digər tərəfdən də çadırın içərisində olublar. Ona görə də xəsarət almayıblar".
Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.
Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkar edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət