Rabitə Nazirliyinə birinci müavin təyin edilib

Nazirin I müavini olan İltimas Məmmədova isə müavin vəzifəsi həvalə olunub





Prezident İlham Əliyev Ramin Quluzadənin rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsin təyin edilməsi barədə sərəncam imzalayıb.
**
Ramin Quluzadə rabitə və yüksək texnologiyalar nazirinin I müavini vəzifəsinə təyin olunub.
Nazirlikdən APA-ya verilən məlumata görə, R. Quluzadə paralel olaraq nazir vəzifəsini müvəqqəti icra edir.
Bundan öncə R. Quluzadə Heydər Əliyev Fondunda departament direktoru vəzifəsini tutub.
Bunadək nazirin I müavini vəzifəsini tutan İltimas Məmmədova müavin vəzifəsi həvalə olunub.