Ramin Quluzadə müşavirə keçirdi: "Ciddi araşdırmalar aparılır"
13:58 18.12.2015
Arxiv
622
"Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ciddi islahatlar aparılır. Bu islahatlar nazirlikdə aşkara çıxarılan qüsurlar tam aradan qaldırılanadək davam etdiriləcək”.
Bunu yeni təyin olunan rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Ramin Quluzadə bildirib.
Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində son vaxtlar aparılan kadr dəyişiklikləri və islahatlar diqqət mərkəzindədir. Baş Prokurorluqda aparılan ilkin istintaq zamanı nazirlikdə rüşvətxorluq, korrupsiya, dövlət əmlakının mənimsənilməsi, vəzifədən sui-istifadə kimi ciddi nöqsanlar, maliyyə yeyintilərinin olduğu üzə çıxarılıb. Nazir Əli Abbasovla yanaşı, nazirliyin bir sıra struktur bölmə rəhbərləri işdən uzaqlaşdırılıblar.
Rabitə və yüksək texnologiyalar nazirinin səlahiyyətlərini icra edən Ramin Quluzadə bu gün Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş ofisində idarənin fəaliyyəti ilə tanış olub və işdəki nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verib.
Ötən gün isə "Azərpoçt” MMC-də nazirlik tərəfindən gözlənilməz reyd keçirilmişdi. Verilən məlumata görə, rabitə və yüksək texnologiyalar nazirinin səlahiyyətlərini icra edən Ramin Quluzadə qurumun fəaliyyətini yoxlamaq məqsədilə heç bir xəbər vermədən iş saatında "Azərpoçt”a baş çəkib və yerində bir sıra məsələlər üzrə yoxlamalar aparılmışdı.
Trend-ə açıqlamasında Ramin Quluzadə hazırda nazirlikdə bütün sahələr üzrə ciddi araşdırmalar aparıldığını deyib: "Nazirlikdə yeni struktur dəyişiklikləri edilir. Aparılan islahatlar nəticəsində qeyri-peşəkarlar və nöqsanlara yol verənlər işindən uzaqlaşdırılacaq və yeni kadrlarla əvəz olunacaq. Hazırda yeni struktur dəyişiklikləri ilə bağlı nazirliyin bölmələrinə müvafiq tapşırıqlar verilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hər bir əməkdaşı ölkə vətəndaşlarına və Azərbaycan Respublikasının Prezidentinə xidmət etməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya BMT TŞ-nin İrana qarşı qətnaməsindən narazıdır
15:41 12.03.2026
Dünya
Koreyadakı THAAD-lar Yaxın Şərqə köçürülür
15:21 12.03.2026
Dünya
BMT Baş katibi Türkiyədə səfərdədir
15:16 12.03.2026
Dünya
Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlanıb
15:02 12.03.2026
Elm və Təhsil
Türkiyə neft ehtiyatlarından istifadə qərarı verdi
14:16 12.03.2026
Gündəm
Türkiyə və NATO İranın mümkün hücumlarına qarşı tədbirlər görür
13:41 12.03.2026
Dünya
İranda müharibə ABŞ-yə hələlik 11,3 milyard dollara başa gəlib
13:21 12.03.2026
Gündəm
İran Avropa İttifaqının vasitəçi olmasını istəyir
13:16 12.03.2026
Gündəm
Paşinyan Azərbaycanla bağlı iddianı təkzib etdi
13:09 12.03.2026
Cəmiyyət
İranda müharibəyə çağırış edənlər cəzadan qaça bilməyəcək - RƏY
13:02 12.03.2026
Gündəm
İsraildə yaralananların sayı 2745-ə çatıb
12:51 12.03.2026
Dünya
Zənginlər müharibədən qaçmaq üçün SƏRVƏT XƏRCLƏYİR
12:40 12.03.2026
Gündəm