“...Regionda iqtisadi inkişaf və sabitlik Azərbaycanın uğurlarından asılıdır”

"ABŞ prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktubun tam mətnindən aydın olur ki, regionda iqtisadi inkişaf və sabitlik Azərbaycanın uğurlarından və səylərindən asılıdır”.
Bunu "Sherg.az”a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili deyib.
Deputatın sözlərinə görə, Tramp məktublarında vurğulayıb ki, Amerika Azərbaycanın xarici sərmayələrin cəlb edilməsi və innovasiyaların təşviqinə xidmət edəcək iqtisadi islahatların davam etdirilməsində səylərini dəstəkləyir:
"Ağ Ev rəhbəri bildirir ki, Azərbaycanın iqtisadi uğuru bütün regiona sabitliyin gətirilməsinə yardım edəcək. Bu, həm də Azərbaycanın regional məsuliyyətinin yaranması deməkdir. Ötön gün 101 illik müstəqilliyini qeyd edən Azərbaycan həm özünü, həm də regionu idarə edən bir xalqa, dövlətə və qüvvəyə çevrilib. Bu çətin, amma şərəfli missiyanı yerinə yetirmək üçün indi daha ehtiyatlı və sayıq olmalı, insan kapitalını inkişaf etdirməli və dövlətiçilik prinsiplərini daha çox dəstəkləməliyik”.
İsmayıl