“Retro”dakı qətlin üstü açılır
21:14 18.01.2016
Arxiv
1860
Könül Zalovanı sevgilisi qısqanclıq zəminində qətlə yetirib
Daxili İşlər Nazirliyinə istinadən aldığımız məlumata görə, yanvarın 15-də Quba rayonunda fəaliyyət göstərən "Retro” istirahət mərkəzində meyiti tapılan 35 yaşlı Könül Zalova şəhər sakini, 1982-ci il təvəllüdlü Elməddin Əhmədov tərəfindən qətlə yetirilib.
İlkin araşdırma nəticəsində məlum olub ki, qeyri-sağlam həyat tərzi sürən K.Zalova 1995-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Məlumata görə, naməlum qadını meyitinin aşkarlanması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb, dərhal hadisə yerinə baxış keçirilməklə müvafiq ekspertizalar təyin edilib. Könülün sevgilisi olduğu iddia edilən Elməddin Əhmədovla qısqanclıq zəminində mübahisə etdiyi və nəticədə içkili olan Elməddinin Könülü öldürdüyü ehtimal olunur. Belə ki, K.Zalova E.Əhmədovla birgə istirahət etmək üçün yanvarın 13-də Quba rayonu Qəçrəş yaşayış massivində fəaliyyət göstərən "Retro” ailəvi istirahət mərkəzinə gediblər. Onlar gecəni bir yerdə keçiriblər. Yanvarın 14-də E.Əhmədovla K.Zalova arasında mübahisə düşüb. Aralarında yaranmış mübahisə zəminində E.Əhmədov K.Zalovanı boğaraq öldürüb. Daha sonra isə K. Zalovanın "İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobilini və mobil telefonunu götürərək hadisə yerindən qaçıb. Həyata keçirilən tədbirlər nəticəsində E.Əhmədov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Quba Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, öldürülən qadının tanınmış meyxanaçı Sadıqla dostluq münasibəti olub. Onun meyxanaçı ilə birgə fotosu da üzə çıxıb. Könülün bir azyaşlı övladının olduğu da deyilir.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət