Rus pilotlar yaşayırmı?





Ankaranın iki rus pilotunun sağ olduğuna dair iddiaları var. Rus pilotlar üçün müxaliflərlə danışıqlar aparılır. Baş nazirlik qaynaqlarından gələn son məlumata görə, Türkiyənin pilotlarla əlaqədar bütün insani cəhdləri etdiyi açıqlandı.
Pilotların sağ olduğu və Ankaranın pilotların bölgədən alınmasıyla əlaqədar təmaslarda olduğu ifadə edildi.
Doğan xəbər agentliyinə məlumat verən Baş nazirlik qaynaqları, Suriya sərhədində vurulan təyyarənin 2 pilotunun sağlamlıq vəziyyətləriylə əlaqədar məlumatları dəqiqləşdirməyə çalışdıqlarını, müxaliflərin əlində olduqları bildirilən pilotların vəziyyətlərinin dəqiqləşdirilməsi üçün  insani cəhdlərdə olduğu qeyd edir.
Ankaraya gələn bu məlumatdan əvvəl bir türkmən komandir vurulan təyyarənin pilotlarını havada vurduqlarını iddia etmişdi.