Rusiyadan həyasız tweet!

Rusiyanın Londondakı  səfirliyinin rəsmi Twitter hesabından yayılan həyasız paylaşma reaksiyalara səbəb oldu.
Söz mövzusu olan hesabdan "Birinci Dünya müharibəsinin 100-çü ildönümünü xatırlayırıq. 1915-ci ildən möhtəşəm bir rus poster sənəti" qeydiylə paylaşılan şəkildə, cücə kimi çəkilən bir Osmanlı paşasının bir rus əsgərinə vurmağa çalışdığı görünür.(milliyet.com)
Türkləri hörmətdən salmağı məqsəd qoyan müharibə təbliğatına girişən Rusiyanın bu hücumu, başda Twitter olmaq üzrə ictimai mediada böyük reaksiyaya səbəb olub.