Rusiyanın çağırışları “köhnə mahnıdır”
20:32 15.01.2016
Arxiv
521
Həmsədrlərin heç bir ideyaları yoxdur
"2015-ci ildə Dağlıq Qarabağda dinc sakinlər arasında çoxlu sayda ölüm və yaralanma halları ilə nəticələnən silahlı insidentlərin çoxalmasının şahidi olduq”. Məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, vəziyyət ciddi narahatlıq doğurur: "Prosesin sürətləndirilməsinin vacibliyindən çıxış edərək atəşkəs rejiminin bərqərar olması üçün tərəfləri danışıqları aktivləşdirməyə çağırırıq”.
XİN rəsmisinin çağırışını şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu deyib ki, Rusiya hakimiyyət dairələri hələ də münaqişənin həllində və qaçqınların geri dönməsində, işğal edilmiş rayonların geri qaytarılmasında maraqlı deyil. Ekspertin sözlərinə görə, həmsədrlər də münaqişənin həllində acizdirlər və heç bir ideyaları yoxdur: "Yeganə məramları odur ki, prezidentləri görüşdürsünlər. Amma bununla da problem həll olunmur. Çünki məzmunsuz görüş əlavə problemlər yaradır. Həm də Azərbaycan dövlət başçısı dəfələrlə vurğulayıb ki, görüntü xatirinə bu görüşlərə qatılmayacaq.
Həmsədrlərin münaqişənin həllində faktiki rol oynaya bilmədiklərini qeyd edən politoloq deyir ki, onlar Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması üçün Ermənistana təzyiq etməlidir: "Guya münaqişənin həlli ilə ATƏT məşğuldur və elə qətnamə qəbulu zamanı onlarla məsləhətləşmək lazımdır. Amma niyəsi aydın deyil”. E.Şahinoğlu hesab edir ki, bu cür açıqlamalar əslində Ermənistanın mövqeyinin dəstəklənməsi, Dağlıq Qarabağla bağlı status-kvonun davamı deməkdir: "Biz isə status-kvonun dəyişməsini istəyirik”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət