Rusiyaya böyük şok: Dəvət edilmədilər!





Rusiya xarici işlər naziri Sergey Lavrov, bu axşam Parisdəki Fransa Xarici İşlər Nazirliyində reallaşdırılacaq 11 ölkənin iştirak etdiyi Suriyanın Dostları Qrupu yığıncağına dəvət edilmədiyini bildirdi.
Yığıncaqda Türkiyəni xarici işlər naziri Feridun Sinirlioğlu təmsil edəcək. ABŞ, İngiltərə, Fransa, İtaliya, Almaniya, Misir, BAE, Qatar, İordaniya və Səudiyyə Ərəbistanı kimi ölkələrin xarici işlər nazirləri də yığıncağa qatılacaq.