Sabaha olan HAVA PROQNOZU





Mayın 22-də Bakıda və Abşeron yarımadasında səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Sherg.az"a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 25-30, Bakıda gecə 16-18, gündüz 27-29 dərəcə isti olacaq.

Mayın 22-də Azərbaycanın rayonlarında ayrı-ayrı yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi qərb rayonlarında leysan xarakterli olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.