Şabranda 3 ev çökdü - TORPAQ SÜRÜŞMƏSİ




Şabran rayonu, Qazbabalı kəndində torpaq sürüşməsi aktivləşib. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, qəzalı vəziyyətdə olan 5 evdən 3-ü tamamilə çöküb.

Evi çökən sakinlərdən biri Abdulla Əliyev bildirib ki, kənddə digər evlərdə də çatlar əmələ gəlib:
Evləri çökən və qəzalı vəziyyətə düşən sakinlərə müvəqqəti yaşamaq üçün çadırlar paylanıb:

Qeyd edək ki, ərazidə sürüşmə prosesi bu il fevralın 23-dən 24-ə keçən gecə baş verib. Hadisə nəticəsində 5 ev yararsız vəziyyətə düşmüşdü.

Aidiyyəti qurumların əməkdaşları sürüşmə baş verən əraziyə baxış keçirib. Evlərə dəymiş ziyanla bağlı akt tərtib olunub.