Sağ qalan pilot "xəbərdarlıq yox idi" dedi





Türkiyə - Suriya sərhədində türk "F-16"lar tərəfindən dünən vurulan SU-24 rus təyyarəsinin sağ qalan pilotu, Türkiyənin heç bir şəkildə onları Türkiyənin  hava məkanını pozduqlarına dair xəbərdarlıq edilmədiklərini bildirib.


Rus xəbər agentliyi "Ria Novosti"də yer alan xəbərə görə pilot, jurnalistlərə verdiyi şərhdə, "Əslində hər hansı bir xəbərdarlıq edilmədi. Nə bir rabitə ilə, nə də vizual xəbərdarlıq. Heç bir təmas qurulmadı. Bu səbəblə biz normal seyrimizdə irəliləyirdik. Əgər bizə bir xəbərdarlıq edilsəydi, ya da özlərini göstərsəydilər… Amma heç bir şey yox idi. Və raket birdən bizim təyyarənin qanadına dəydi. Biz raketə qarşı manevr etmək üçün onu vizual olaraq belə görmədik" dedi.


Ancaq rus pilotun iddiasının əksinə ABŞ-lı pilotlarla bir Hollandiyalı pilotun Türkiyənin rus təyyarəsinə xəbərdarlıq etdiklərini açıqlamışdı. Xəbərdarlıqla bağlı səs qeydləri də ortaya çıxmışdı.