Şagirdlərə aşılanması nəzərdə tutulan dəyərlər müəyyənləşdi
10:02 01.08.2019
Arxiv
580
Azərbaycanda ibtidai və ümumi orta təhsil səviyyələrində şagirdlərə aşılanması nəzərdə tutulan dəyər və səriştələr müəyyənləşib.
APA -nın məlumatına görə, bu, Təhsil Nazirliyinin ictimai müzakirəyə çıxardığı “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” layihəsində əksini tapıb.
Aşılanması nəzərdə tutulan dəyərlər sırasına vətəndaş təfəkkürü (Vətənə, dövlətə, xalqa, millətə məhəbbət və sədaqət, milli iftixar hissi, ana dilinə, xalqının mədəni irsinə, tarix və mədəniyyətinə, milli-mənəvi dəyərlərinə, bəşəri dəyərlərə hörmət, əks qüvvələrə qarşı barışmazlıq), ünsiyyət mədəniyyəti (nitq fəaliyyəti, əməkdaşlıq və birgə fəaliyyət, xarici dil bacarıqlar), müstəqillik və demokratiklik (azadfikirlilik və fərqli düşüncə tərzi, təşəbbüskarlıq, müstəqil öyrənmə və hüquqlara hörmət), kreativlik (analiz-sintez, məntiqi və tənqidi yanaşma tərzi, tədqiqatçılıq), riyazi və iqtisadi savadlılıq və İKT savadlılığı (riyazi biliklərin həyati problemlərin həllinə təminat yaratması, iqtisadi təfəkkürün formalaşdırılması, informasiya mədəniyyətinin təşəkkülü), tolerantlıq (müxtəlif mədəniyyətlərə həssas və dözümlü münasibət), estetik və fiziki mədəniyyət (estetik dünyagörüşünün, hissi-emosional bacarıqların formalaşdırılması, harmonik inkişaf və sağlamlığın mühafizəsi) daxildir.
İbtidai və ümumi orta təhsil səviyyələrə uyğun olaraq bu dəyərlərlə əlaqədar şagirdlərdə formalaşdırılması nəzərdə tutulan səriştələr də müəyyənləşib. Məsələn, ibtidai təhsil səviyyəsində şagirdlərdə Vətənə, dövlətə, xalqa, millətə məhəbbət və sədaqət və milli iftixar hissi formalaşdırmaq üçün ölkəsinin, yaşadığı bölgənin özəllikləri, xalqının adət-ənənələri, milli xüsusiyyətləri, tanınmış nümayəndələri, ümumi orta təhsil səviyyəsində isə Vətəninin və xalqının tarixi, dövlətçilik ənənələri, iqtisadi potensialı, təbii zənginlikləri, mədəni irsi, görkəmli şəxsiyyətləri, milli-mənəvi dəyərləri, habelə ümumbəşəri dəyərlər haqqında məlumatlı olmaları vacib sayılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda iş adamının meyiti qamışlıq ərazidə tapıldı
21:40 04.11.2026
Hadisə
Rusiya bizim də tələbləri nəzərə almalıdır - Kallas
21:27 04.11.2026
Dünya
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət