Şamaxıda ağır yol qəzası: iki qardaş dünyasını dəyişdi





Fövqəladə Hallar Nazirliyi Şamaxıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

"Sherg.az" nazirliyini saytına istinadla bildirir ki, FHN-nin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Şamaxı rayonunda "VAZ" markalı minik avtomobili və "Shacman” markalı yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
18:32
Şamaxı şəhərində ağır avtomobil qəzası baş verib. ONA -nın yerli bürosunun xəbərinə görə Bakı-Şamaxı yolunun 110-cu kilometrliyində "Niva" markalı minik avtomobili ilə "Shacman" markalı yük avtomobili toqquşub.
Hadisə nəticəsində "Niva"da olan Şamaxının Quşçu kənd sakinləri, 1989-cu il təvəllüdlü İsmayılov Rasim Vahid oğlu və qardaşı 1987-ci il təvəllüdlü İsmayılov Ramil aldığı ağır xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.