Ermənistanda 17-ci Beynəlxalq Frankofoniya Təşkilatının sammiti uğursuz oldu
İşğalçı ölkədə keçirilən tədbir daha çox Makron ilə Tridönün Frankofoniya uğrunda mübarizəsi kimi yadda qaldıBu günlərdə işğalçı Ermənistanda Frankfoniya sammiti keçirildi. Orada humanizmdən, bəşəri dəyərlərdən söhbət açıldı. Məsələ burasındadır ki, qonşu Azərbaycanın 20 faiz ərazisini işğal edən, otuz ilə yaxın işğal altında saxlayan, Xocalı qətliamı kimi faciəni törədən Ermənistanda dünyada sülhün və əmin-amanlığın, insan hüquq və azadlıqlarının təşviq edilməsi missiyasını üzərinə götürən Beynəlxalq Frankofoniya Təşkilatının (BFT) sammitinin keçirilməsi qərarının özü bir cəfəngiyatdır. Soyqırımlar törətmiş, qocalara, uşaqlara işgəncə vermiş, işğalçı Ermənistan kimi dövlətin ərazisində bu cür tədbirin keçirilməsi ilk öncə təşkilatın təbliğ etdiyi dəyərlərlə və prinsiplərlə ciddi ziddiyyət təşkil edir.
Maraqlı məqamlardan biri odur ki, sammitdə ağlasığmaz hadisələr baş verib. Yeravanda sammit zamanı humanizm, sülh, insan hüquq və azadlıqları kimi ümumbəşəri dəyərlərin müdafiəsi yollarının axtarışı əvəzinə Fransa prezidenti Emmanuel Makron ilə təşkilatın Baş katibi Mişel Jan qarşıdurmasının şahidi olub.
"Bu təşkilat ölüdür”
Bu qarşıdurma da, bəşəriyyət üçün mühüm əhəmiyyət kəsb edən məsələ üstündə deyil, sırf hakimiyyət hərisliyi və bölgüsünə görə baş verib. Onu da qeyd edək ki, bu yalnız əslən Kanadadan olan Jan - Makron qarşıdurması yox, eyni zamanda Makron və Kanada baş naziri Justin Tridönün ambisiyalarının toqquşması sayılır.
Belə ki, müstəmləkə tarixi olan Fransa geosiyasi maraqlarının ifadəsi olan Frankofoniya təşkilatına nəzarətində olmayan və tam idarə edə bilmədiyi bir şəxsin rəhbərlik etməsini qəbul edə bilməzdi. Sənaye dövləti olan Kanada da Frankofoniya vasitəsilə xüsusən Afrika ölkələrində nüfuzunu artırmaq və qitənin təbii sərvətlərinə daha geniş çıxış imkanları əldə etmək kimi məqsədlər güdür.
Və beləliklə də diplomatiya tarixində görünməyən hadisə yaşandı - təşkilatın baş katibi zirvə toplantısının keçirildiyi gün bu qurumun ölü halda olduğu barəsində rəsmi twitter hesabından açıqlama etdi.
E.Makron ilə təşkilatın Baş Katibi M. Janın çıxışları arasında konseptual fərqlər yaranıb. Təşkilatın Baş katibi M.Jan yenidən bu posta seçkilərdə Fransa tərəfinin dəstəyinin ala bilmədiyinə görə Yeravandakı sammitin açılışı zamanı çıxışında təşkilat barədə tənqidi açıqlamar verdi: "Biz qəbul etməyə hazırıq ki, beynəlxalq təşkilatlar şəxsi məqsədlərə xidmət edir... Biz qəbul etməyə hazırıq ki, realpolitika, dövlətlər arasında xırda anlaşmalar və ya şəxsi maraqlar naminə "demokratiya”, hüquqlar” və "azadlıqlar” kimi anlayışlar yalnız mənası çıxarılmış sadə sözlər səviyyəsinə endirilsin... Biz hazırıq ki, qısamüddətli eqoizm, beynəlxalq əməkdaşlığa yalnız mənfəət nəzər nöqtəsindən yanaşma, quldur sərmayə və ya korrupsiya həmrəylik, həqiqi qarşılıqlı tərəfdaşlıq tələblərini üstələsin? Özümüzə deməliyik ki, hərəkətsizlik, gecikmə və kompromis regresin bir növüdür, çünki dəyərləri və prinsipləri aldadan, xəyanət edən təşkilat artıq ölümcül haldadır”.

Təşkilatın indiki baş katibini nüfuzdan salmaq üçün dezinformasiya və propaqanda üzrə ixtisaslaşmış fransız mediası baş katibi təşkilatın vəsaitələrini şəxsi məqsədlər üçün istifadə etməkdə, 500.000 avro xərcləyərək iqamətgahını təmir etdirdiyini, xarici səfərlərdə çoxlu pullar xərclədiyi barəsində yazdı.
Təbiidir ki, sammitin Yerevanda keçirilməsi üçün dəridən-qabıqdan çıxan və zalda oturan Ermənistan rəhbərliyi üçün Frankofoniya Təşkilatı barədə bu cür sözləri eşitmək o qədər də xoş deyildir. Təşkilata yeni üzv olan Ermənistan bu təşkilat vasitəsilə öz nüfuzunu artırmaq və Azərbaycanın Qoşulmama Hərəkatı kimi nüfuzlu bir platformada üzvlüyünə və qarşıdan gələn sədrliyinə qarşı imkan əldə etməyə çalışırdı. Amma göründüyü kimi bu baş vermədi. Qarşıdurmalar Ermənistana dvident əvəzinə ziyan gətirdi.
Fransa BFT-dən öz maraqları naminə istifadə edir
Digər yandan görünən odur ki, Fransa BFT-dən öz maraqları naminə istifadə edir. Belə ki, BFT-nin aparıcı, bəlkə də ən əsas qüvvəsi olan Fransa, təşkilatın yeni Baş katibi vəzifəsinə Ruandanın xarici işlər nazirinin namizədliyini dəstəkləyir. Bu addım Fransanın Ruandaya jesti kimi qiymətləndirilir. 1994-cü ildə Ruandada soyqırımı həyata keçirmiş dəstələrin (Hutu-Tutsi qarşıdurması, 800 000 qurban) rəhbərlərinin Fransa tərəfindən dəstəklənməsi barədə məlumatlar var idi. Fransanın keçmiş prezidenti N.Sarkozi Ruandada səfərdə olarkən ölkəsinin bu soyqırımda rolunu üstüörtülü də olsa qəbul etmişdi. Məhz buna görə illərlə Fransa ilə Ruanda arasındakı əlaqələr dondurulmuş vəziyyətdə qalmışdı. Ruandada məlum hadisələrdən sonra 2008-ci ildə rəsmi təhsil dili kimi fransız dili yerinə ingilis dili elan olunmuşdur və Birləşmik Krallıq ilə heç bir xüsusi tarixi bağlılığı olmayan Ruanda British Commonwealth-in üzvü olmuşdur.
Afrika İttifaqı çərçivəsində Ruandanın xarici işlər nazirinin namizədliyinə o qədər də xoş baxmasalar da, Fransanın sözündən çıxa bilmirlər. Belə ki, rəsmi təhsil dilini fransızdan ingilisə dəyişmiş bir ölkənin xarici işlər nazirinin "fransız dili amili” üzərində qurulmuş təşkilata necə başçılıq edəcəyi suallar doğurur.
"Frankfoniya sammitinin Yeravanda keçirilməsi gülüncdür”
Politoloq Qabil Hüseynli deyir ki, birincisi Frankfoniya sammitinin Yeravanda keçirilməsi gülüncdür. O "Şərq”ə açıqlamasında vurğulayıb ki, bu təşkilat humanizmi, bəşəri dəyərləri təbliğ edirsə, tədbirini Ermənistanda keçirməkdə xəta edib:

"Bütün dünyaya məlumdur ki, Ermənistan işğalçı respublikadır. Xocalı soyqırımı kimi dəhşətli qətliamı törədən bir ölkədə humanist dəyərlərdən danışılması absurddur. İkincisi Ermənistanda nə qədər fransızdilli var ki, Frankfoniya sammiti burada keçirilir? Məlumdur ki, Fransada erməni lobbisi güclü təsirə malikdir. Çox güman ki, ordakı diaspora təşkilatları düz-qoş edib, tədbirin Yeravanda keçirilməsini təmin ediblər. Amma anlamalı idilər ki, Ermənistan beynəlxalq tədbirlər keçirmək iqtidarında deyil. İlk növbədə onların maliyyəsi yoxdur, erməni xalqı aclıq, səfalət içərisindədir. Beynəlxalq tədbiri düzənləmək üçün maliyyə lazımdır. Təşkilatçılığın zəif olacağı əvvəlcədən bilinirdi. Bu zəif təşkilatçılıq isə, sonucda sammitin uğursuz keçməsinə səbəb olub”.
Q.Hüseynli hesab edir ki, Kanada-Fransa davasının, qarşıdurmasının səbəbkarı Ermənistan göstəriləcək: "Artıq dediyiniz kimi, təşkilat Baş katib tərəfindən ölü təşkilat adlandırılıb. Sammitin uğursuzluğunun günahını Fransa da, Kanada da Yeravanda görəcəklər. Düşünürəm ki, Ermənistan uğursuz beynəlxalq tədbir keçirməklə, niyyətinə çata bilmədi”.
Anar Bayramoğlu