"Sarı jilet"liləri öz gözləri ilə görmək istədi, polis gözünü çıxardı - Foto+video

Fransa polisi 26 yaşlı parisli qrafik dizayneri Antuan Kostun da sol gözünü çıxarıb.
"Sherg.az" " lemonde.fr"ə istinadən xəbər verir ki, hadisə dekabrın 8-də baş verib. Bu barədə mətbuata açıqlama verən A.Kost aidiyyəti qurumlardan bunun hesabtını tələb edir : "Mən "sarı jilet"li deyiləm.
"Sarı jilet"lilərlə bağlı televiziya və qəzetdən məlumat alırdım. "2018-ci il 8 dekabrında "sarı jilet"lilərin IV aktında küçəyə çıxdım ki, aksiya ilə bağlı həqiqəti öz gözlərimlə görüm, təəssüf ki, polis gözümü çıxardı".
Qeyd edək ki, hazırda təkcə Parisdə polis 1939 "sarı jilet"lini saxlayıb, dindirir.
Tərcümə etdi:Ayyət Əhməd