"Yanvarın 12-də Fransanın Tuluz şəhərinin Kapitol meydanına troplaşan "sarı jilet"liləri dağıdılması üçün helikopterdən istifadə olunmasına dair video yayılıb və bu videonun izlənmə sayı yüz minlərlə ölçülür".
Bu barədə "Sher.az" Fransanın "liberation.fr" saytına istinadən xəbər verir.
Məlumata görə, bu video ilə bağlı iki yanaşma mövcuddur. Birinci yanaşmaya əsasən əksəriyyət hesab edir ki, Frasan hökuməti "sarı jilet"liləri dağıtmaq üçün havaya helikopter qaldıraraq oradan yerə gözyaşardıcı gaz ələyib. Həmin videonu çəkən şəxs bunları deyib: Baxın, bu, göydən gəlir. Baxın, bu helikopterə. Bəzi iddialara görə isə həmin vertolyot "sarı jilet"lilərə "flash-top" tipli atəş açaraq onları hədəf alıb.
"Haute-Garonne" prefekturası isə ötən şənbə yalnız bir vertolyotun hadisəni müşahidə etmək məqsədi ilə səfərbər olunduğunu" deyib.
Qeyd edək ki, Fransada aksiyanın yatırlması üçün helikopterlərin cəlb olunması ilk hal deyil. Bordo, Nant və Lyon da da helikopter qaldırıblar.
Tərcümə etdi: Ayyət Əhməd
Videoya baxmaq üçün aşağıdakı linkə daxil olun: