Seçimi alqışladılar
07:16 05.06.2018
Arxiv
396
Jurnalistlər Fazil Talıbovun təyinatına sevindilər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olub. Fazil Talıbov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə mətbuat katibi təyin edilib.
Bu təyinata qədər F.Talıbov Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsini icra edib.
Yeni təyinatla bağlı jurnalistlərin fikrini öyrəndik. Sputnik.az saytının əməkdaşı İradə Cəlil F.Talıbovun mətbuat katibi təyin edilməsinə çox sevindiyini bildirdi:
"Fazil bəylə əməkdaşlığım çox olub. Həmişə mənə açıqlama verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mətbuat katibi vəzifəsinə bundan gözəl seçim ola bilməzdi”.
Modern.az saytının əməkdaşı Gülşən Raufqızı da yeni təyinata sevindiyini deyib: "Bəzən jurnalistlərin, hansısa mətbuat katibini öz işini gördüyü halda təqdir etməsi birmənalı qarşılanmır. Hətta bu istiqamətdə mətbuat katiblərinin təriflənməsinə qarşı çıxanlar da olur.
Onların da özlərinə görə haqlı səbəbləri ola bilər. Amma gündəlik olaraq, nazirliklər, dövlət qurumları ilə işləyən biri kimi, aidiyyəti qurumdan hansısa məsələ ilə bağlı yaranmış suala dərhal cavab almaq kənardan göründüyü qədər asan deyil.
Bu baxımdan Fazil Talıblının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinə rəis təyin olunmasına çox sevindim. Çünki ƏƏSMN tez-tez sual ünvanladığım, sorğu göndərdiyim nazirlikdən biridir. Buna görə də işinə bələd olduğumuz birinin mətbuatla əlaqələndirici təyin olunması bizim də işimizin asanlaşması deməkdir. Bəzi qurumlarda hətta səsini eşitmədiyimiz mətbuat katiblərinin ştatda yer tutduğunu nəzərə alanda, belə təyinatlara sevinməyə bilmərik.
Doğrudur, Fazil Talıblıya qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elman Babayevlə də sıx işləmişəm. Ondan da cavab almaq çətin olmayıb. Sorğunu ünvanlamışam, araşdırıb, cavablandırıb. Bu misalı ona görə çəkirəm ki, bizdə "gedəni baltalamaq” fikirləri də formalaşıb. Ona görə yaxşıya yaxşı, pisə pis demək lazımdır.
Eləcə də Fazil Talıblı, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi olduğu müddətdə, günün istənilən saatında zəng etmişəm, zənglərimə cavab verib. Çox mədəni, səliqəli şəkildə sualıma aydınlıq gətirib.
Nazirliyə təyinatıyla bağlı özüylə danışanda da həmin təmkinli, mədəni Fazil Talıblı idi. İnanıram ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən əldə etdiyi təcrübəsini daha da təkmilləşdirəcək və biz jurnalistlərin iş fəaliyyətinə yaxından dəstək olacaq. Çünki əksər hallarda bizim operativliyimiz mətbuat katibinin operativliyindən asılı olur”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aleksandr Vuçiç sentyabrın sonunda istefa verəcək
15:53 11.09.2026
Dünya
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
15:45 11.09.2026
Gündəm
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
15:29 11.09.2026
İqtisadiyyat
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya